Ukraynaya 100 milyon avro ayrıldı
Bizi izləyin

Dünya

Ukraynaya 100 milyon avro ayrıldı

Niderland Ukraynaya 100 milyon avro ayıracaq.

Publika.az xəbər verir ki, bu barədə Niderland hökumətinin saytında bildirilib.

"Niderland 2023-cü ildə Ukraynaya üçüncü yardım paketi çərçivəsində 102 milyon avro ayırır", - bəyanatda deyilib.

Qeyd edək ki, yardım ölkənin bərpasına töhfə vermək istəyən Niderland şirkətləri, qaz alınması, elektrik şəbəkəsi üçün ehtiyat hissələrinin tədarükü və s. üçün nəzərdə tutulur.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında ötən ilin fevral ayından başlayan müharibə davam edir. Ukrayna ordusu bu ilin iyun ayından əks-hücum əməliyyatlarına start verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm