Dünya
“Gürcü arzusu” və Saakaşvili arasında gizli sövdələşmə var” – Şok iddia
“Demokratik hərəkat – vahid Gürcüstan” Partiyasının sədri, Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze ölkənin indiki və keçmiş hakimiyyəti arasında gizli razılaşmanın mövcud olduğunu iddia edib.
Publika.az-ın gürcü mediasına istinadən verdiyi xəbərə görə, sabiq spiker bir-birinə zidd olan faktların da bunu göstərdiyini deyib.
“Gürcü arsuzu” koalisiyası hər şeyi etdi ki, Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat”ı onun əsas opponenti kimi görünsün. Məhz belə də “görünür”. Çünki, “Vahid Milli Hərəkat” ümumiyyətlə bu bir müxalifət deyil, cinayətkar təşkilatdır. Amma ondan “əsas müxalifət gücü”nü yaratmaq göründüyü kimi, indiki hakimiyyətə sərfəlidir. İstənilən obyektiv insan sizə deyəcək ki, “Vahid Milli Hərəkat” Partiyasının prezident, parlament və bələdiyyə seçkilərində ikinci yeri tutması yalan, tamamilə qeyri-real və həqiqətə uyğun deyil. Ancaq məhz gizli sözləşmə və “Gürcü arzusu”nun effektsiz siyasəti “Vahid Milli Hərəkat”ının belə “nəticələr” qazanmasına imkan verdi”, - deyə N.Burcanadze vurğulayıb.
Qeyd edək ki, N.Burdjanadzenin”"Demokratik hərəkat – Vahid Gürcüstan” Partiyası keçirilən son bütün seçkilərdə “Gürcü arzusu” koalisiyası və sabiq prezident Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyasından sonra üçüncü yeri tutub.
Sabiq spikder hesab edir ki, M.Saakaşvili müqəssirlərin skamyasında oturmalı, gürcü xalqı və dövlətinə etdiklərinə görə məsuliyyət daşımalıdır.
“Zəhmət olmasa, seçkiqabağı dövrdə prezidenti Georgi Marqvelaşvilinin əsas şüarını xatırlayın. O, gürcü xalqına söz verdi ki, “Vahid Milli Hərəkat”dakı cinayətkar "koabitasiya" bitəcək və ”ədalət qalib gələcək”. Bəs hanı bu ədalət?”
Ömər Dağlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq