Dünya
Gülən: “Bizə “paralel dövlət” deyən cənnətə gedə bilməz”
Fətullah Gülən dünyada 15-20 milyon tərəfdarının olduğunu qeyd edərək, “bunların hamısına birdən “paralel dövlət” iftirası atanlar halallıq almadıqca cənnətə gedə bilməzlər” deyib.
Publika.az “Radikal”a istinadən xəbər verir ki, Gülən hərəkatının lideri olaraq tanınan və 1999-cu ildə Türkiyədən ABŞ-a gedərək elə o vaxtdan Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin yeni bir videosu yayımlanıb.
Videoda Gülən hərəkatının dünya üzrə sayını açıqladıqdan sonra "bütün hamımıza “paralel dövlət” deyənlərin halallıq almadıqca cənnətə gedə bilməyəcəklərini" deyib.
Gülənin nitqində mövzu ilə əlaqədar sitatı təqdim edirik:
“Məsəl üçün, hərəkatın təxminlərə görə bütün dünyada 15-20 milyona qədər üzvü var. Bunların hamısına birdən “paralel dövlət” dediyiniz zaman, “zəli” dediyiniz zaman, hətta söyüş söydünüz zaman günah etmiş olursunuz. O qədər insandan “haqqını halal elə” deyib, hamısından halallıq almadıqca, onların cənnətə getməsi mümkün deyil. Onsuz da, Allah o qədər şeyi onlara lütf etməz”.
Xatırladaq ki, Türkiyədə keçən ilin dekabrında “17 dekabr əməliyyatları” kimi tanınan bir çox nazir övladlarının həbs olunduğu əməliyyatdan sonra Ərdoğan, Fətullah Gülən hərəkatını paralel dövlət adlandırıb.
Vüsal Tağı

-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı
-
Region14:27
Paşinyanın adamı ermənilərə vəd verdi: Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq