Ağ Ev Ukrayna naminə onu qurban verəcək - Professordan xəbərdarlıq
Bizi izləyin

Dünya

Ağ Ev Ukrayna naminə onu qurban verəcək - Professordan xəbərdarlıq

ABŞ Ukraynaya görə Qərbi Avropanı qurban verəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kembric Universitetinin professoru və politoloq Anatol Lieven "Responsible Statecraft"-a müsahibəsində hazırda Vaşinqtonda aparılan siyasətin Qərbi Avropanı Ukrayna naminə qurban vermək riski daşıdığını bildirib. O vurğulayıb ki, ABŞ rəsmiləri bu riskdən tam xəbərdar olmalıdırlar.

“İnanıram ki, bu, həqiqətən də baş versə idi, Amerika tarixindəki ən pis sövdələşmələrdən biri olardı”, - Lieven qeyd edib.

Professorun sözlərinə görə, hazırda ABŞ üçün Avropanın siyasi və iqtisadi rifahını qorumaq həyati əhəmiyyət kəsb edir. Əks halda, ABŞ-ın gücü əhəmiyyətli dərəcədə azalacaq.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm