Dünya
Yanukoviç və ətrafı Rusiyada işlə təmin olunublar – Siyahı
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və onun bütün ətrafı hazırda Rusiyadadır.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Versiya” portal yazıb.
Məlumata görə, Yanukoviç başqa olmaqla bütün keçmiş ukraynalı məmurlar Moskva və yaxın ətrafda mənzil alıb, Rusiya pasportu və daimi işlə təmin olunub.
Sabiq prezident V.Yanukoviçin özü Rublevke qəsəbəsində məskən salıb. Rusiyada yaşayan digər keçmiş ukraynanlı məmurlar isə aşağıdakılardır:
- Vitali Zaxarçenko – sabiq daxili işlər naziri,
-Pavel Lebedev – sabiq müdafiə naziri
-Yelena Lukaş – sabiq ədliyyə naziri
- Qriqori İlyaşov - Ukrayna xarici kəşfiyyatının keçmiş rəhbəri
- Aleksandr Yakimenko - Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq başçısı
- Viktor Pşonka - keçmiş baş prokuror
- Dmitri Tabaçnik - keçmiş təhsil naziri
“Versiya”nın yazdığına görə, siyahını kifayət qədər uzatmaq olar. Ümumilikdə, Rusiyaya köçən ukraynalı keçmiş məmurların sayının uşaqlar və ev xidmətçiləri ilə birlikdə 5 minə qədər olduğu bildirilir.
Ukraynadan Rusiyaya köçən keçmiş məmurların təxminən 40 faizinin aldığı mülklərin qiyməti iki milyon dollara qədər, təxminən 40 faizinin aldığı mülklərin qiyməti beş milyon dollara qədər olduğu deyilir. Qalan 20 faizinin isə bağladığı alqı-satqı müqavilələrinin dəyəri olduqca böyükdür - 30 milyon dollara qədər.
Ukraynanın keçmiş məmurları Moskvanın kirayələnən mənzillərin təxminən üçdə birini tutur. Moskvanın Preçistenka və Ostojenka rayonları ukraynalıları daha çox maraqlandırır.
Ukraynanın sabiq baş naziri Nikolay Azarovun oğlu, Ali Radanın deputatı Aleksey Azarov 2014-cü ilin yazında Moskvanın İstrinski rayonunda torpaq sahəsi alıb. Evin dəyəri təxminən səkkiz milyon dollardır.
Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Yakimenkonun ailəsi yaxın vaxtlarda Moskvada ikinci mənzili əldə edib.
Ömər Dağlı
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO