Mahaçqalaya gedən təyyarədəki sərnişinlərin vəziyyəti AÇIQLANDI
Bizi izləyin

Dünya

Mahaçqalaya gedən təyyarədəki sərnişinlərin vəziyyəti AÇIQLANDI

“İsrailin paytaxtı Tel-Əvivdən Dağıstana gedən təyyarədə iğtişaşlar zamanı sərnişinlər arasında xəsarət alan olmayıb”.

Publika.az xəbər verir ki, bu haqda İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Çvi açıqlama verib.

Diplomatın sözlərinə görə, təyyarədə həm ikili vətəndaşlığı olan şəxslər, həm də yalnız İsrail və ya Rusiya pasportu olan sərnişinlər olub. Bundan əlavə, təyyarədə xərçəng müalicəsi üçün İsrailə gedən uşaqların olduğu da məlum olub.

“Xoşbəxtlikdən onlara heç nə olmayıb - hamısı çıxarılıb və artıq Mahaçqalada deyillər”, - səfir bildirib.

Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə aeroportun binasına daxil olublar. İnsidentlə bağlı hava limanı bağlanıb. Bu gün Moskva vaxtı ilə 14:00-dan etibarən aeroport reysləri qəbul etməyə və yola salmağa başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm