Dünya
ABŞ ordusunun xüsusi təyinatlıları Kobanidə - “Blackwater”
Qərb mətbuatı, hava və quru hərəkatından ötrü kəşfiyyat təmin etmək məqsədilə keçmiş adı “Blackwater” olan “Academi”dən xüsusi təyinatlı qrupun Kobanidəki PYD-çilərə qoşulduğu iddia edib.
Publika.az “Radikal”a istinadən xəbər verir ki, ABŞ-ın hava yardımlarından sonra Kobanidə hamının gözü xaricdən gələcək hərbi yardıma çevrilib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “hələ peşmərgələr Türkiyədən keçməyib. Ancaq Türkiyənin quru əməliyyatı keçirməsini istəyirlər” deyib.
Yaxşı bəs Kobanidə kimlər döyüşür? ABŞ-a kəşfiyyat məlumatlarını ötürən kimdir?
ABŞ 2003-cü ildə İraqa quru qoşunu yeritməmişdən əvvəl kəşfiyyat məlumatları təmin etmək üçün məhz keçmiş hərbçilərin qurulan “Academi” və ya bütün dünyada tanınan adı “Blackwater”dən istifadə etmişdi. “Blackwater” artıq Kobanidədir.
2011-ci ildə adı dəyişdirilərək yenidən qurulan “Academi” Erik Prins tərəfindən qurulub. İraqda çoxlu sayda mülki şəxsin ölümünə səbəb olduqları üçün şirkəti yenidən quran Erik Prins əvvəlcə “Xe” adından istifadə edib. Lakin 2011-ci ildə yunan filosofu Platonun Akademiyasından ilhamlanaraq şirkətə “Academi” adı verib.
Qərb mətbuatı, hava və quru hərəkatına kəşfiyyat dəstəyini təmin etmək üçün “Academi”dən bir qrup personalın Kobanidəki PYD-çilərə qoşulduğunu iddia edib. Təxminən beş həftədir davam edən döyüşlərdə Kobaninin mərkəzinə edilən yardımların “Academi” qrupu tərəfindən həyata keçirildiyi bildirilib.
Məsud Bərzani tərəfindən göndərilən hərbi təchizatın PYD-yə çatdırılması və istifadə olunmasından “Academi” qrupu tərəfindən təşkil edildiyi bildirilib.
İŞİD-in (İraq Şam İslam Dövləti) İraq və Suriyanı işğal etməyə başlamasından sonra ABŞ bu bölgədə “Academi”ni kiçik qruplara bölərək yerləşdirməyə başlayıb. İraqda peşmərgəyə (İraq Kürd Regional Rəhbərliyinin təhlükəsizlik xidmətinin əməkdaşları – red.), Suriyada da PYD-yə hərbi təlim və silahdan istifadə etməkdə yardımlar etməyə başlayıb.
Xatırladaq ki, ABŞ dünən PYD-yə dəstək üçün Kobaniyə havadan silahlar və tibbi ləvazimatlar göndərib.
Qabil
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO