Dünya
İrəvanda çevriliş hazırlanır: Kreml hərbi liderlə görüşür
“Ermənistan dövləti müstəqil deyil”.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Zaur Rəsulzadə söyləyib.
O, Sərkisyanın hakimiyyətə Qarabağ şüarı altında gəldiyini bildirib:
“Onlar özlərinin bütün siyasi rıçaqlarını Moskvaya veriblər və onlar nə desə, o da olacaq. Amma buna baxmayaraq, Qarabağ məsələsi çox incə məsələdir və Sərkisyan gözəl bilir ki, bu məsələdə bir az geri çəkilsə, o, nəinki hakimiyyətini, hətta həyatını itirə bilər. O, Qarabağ şüarı altında hakimiyyətə gəlib və geri çəkilməyə də yolu yoxdur. Seyran Ohanyan isə terrorçudur. Azərbaycan xalqının qanını tökən cəlladdır və istəyir ki, gələn seçkilərdə Sərkisyanın yerini tutsun. Rus səfiriylə onun görüşü təsadüfi deyil. Çünki Paris görüşündən əvvəl Rusiya durumu bilmək istəyir. Ola bilsin ki, Ohanyan Sərkisyana qarşı hansısa oyuna başlayıb. İş ondadır ki, ruslar tez-tez Ukraynada faşistlərin hakimiyyətə gəldiyini deyirlər. Amma əsl faşistlər Sərkisyanla Ohanyandır. Paris görüşündən heç nə gözləmirəm. Rusiya bu konflikti konservləşdirib və bundan həm Azərbaycana, həm də Ermənistana qarşı istifadə edir. Qarabağ problemi bir çox faktordan asılıdır: Ukraynadakı hadisələrdən, Yaxın Şərq hadisələrindən və s. Qarabağ artıq geopolitik məsələyə çevrilib”.
Qeyd edək ki, bu gün Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin ilə Müdafiə naziri Seyran Ohanyanın görüşü olub.
-
MDB09:54
Putinin ad günü tarixə düşdü: Moskvada göydən yerə...
-
MDB09:24
Ukrayna PUA-ları hücum etdi: Krımda neft anbarı belə partladıldı - VİDEO
-
Sosial08:48
Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı - VİDEO
-
Sosial08:24
SOS: Bakıda elə məktəb ləvazimatları satılır ki... - FOTO
-
Avto08:12
On minlərlə "Tesla Cybertrucks"da təhlükəli nasazlıq aşkarlandı
-
İdman07:47
Türkiyədə Ronaldoya heykəl qoyuldu - VİDEO
-
Ekologiya07:17
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"