Dünya
Putini “qara siyahı”ya saldılar, məhkəmə qarşısına çıxarıldılar

Finlandiya polisinin üç əməkdaşı Rusiya Federasiyası prezidenti Vladimir Putini səhvən “qara siyahı”ya daxil etdiyi üçün məhkəmə qarşısında cavab verəcək.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, prokurorluq polisləri məxfi reyestr üzərində nəzarət zamanı səhlənkarlıqda ittiham edib.
İttiham olunanlardan ikisi rəhbərlikdə təmsil olunur, biri isə adi polis işçisidir. Polislər onlara qarşı irəli sürülən ittihamları rədd edirlər.
Xatırladaq ki, 2013-cü ilin əvvəlində Finlandiya “MTV3”
telekanalı məlumat verərək bildirmişdi ki, Rusiya prezidentinin adı
“Gecə canavarları” bayker dəstəsi əlaqələrinə görə “qara siyahı”ya
salınıb. Rusiya prezidenti Finlandiya ərazisində törədilən hər
hansı cinayətdə ittiham olunmasa da, adı siyahıdan çıxarılmayacağı
təqdirdə Finlandiya sərhədində həbs oluna bilərdi.
Finlandiyanın daxili işlər naziri də baş verənlərə görə Putindən üzr istəyib və onun adının siyahıya necə düşdüyünü araşdıracağına söz verib.
Ömər Dağlı

-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Region22 İyun 22:24
İsrail ordusu SEPAH-ın raket zavodunu belə vurdu - ANBAAN VİDEO
-
Səhiyyə22 İyun 22:00
Döş xərçəngi ilə bağlı İNQİLABİ KƏŞF - 68 ay əvvəl aşkarlana bilər
-
Sosial22 İyun 21:00
Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurub - FOTO/YENİLƏNDİ
-
Dünya22 İyun 20:36
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı