Dünya
15 yaşlı “cihad gəlini” SMS-lə müsahibə verdi
Aprel ayında Avstriyadan Suriyaya gedərək İŞİD terror təşkilatına qoşulan Bosniya əsilli Səbinə Səlimoviç ilk müsahibəsini SMS vasitəsi ilə verib.
Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Fransada yayımlanan “Paris Match” jurnalına SMS vasitəsi ilə müsahibə verən Səlimoviç Suriyada özünü çox azad hiss etdiyini deyib. 15 yaşlı Səlimoviç İŞİD yaraqlısı ilə evli olduğunu, lakin hamilə qalmadığını qeyd edib. Yeniyetmə qız yaşadığı yerdə bütün qidaların halal olduğunu əlavə edib. Avstriya səlahiyyətlilər isə yeniyetmə qızın mesajları ərinin nəzarəti altında, məcburi şəkildə yazdığını istisna etməyiblər.
Daha öncə xəbər verdiyimiz kimi, İŞİD-ə qoşularaq cihad etmək istəyən və bunun üçün Avstriyadan Suriyaya gedən iki qızın hamilə olduğu iddia edilirdi. Qızlar ailələrinə “bizi axtarmayın, Allah yolunda ölməyə gedirik” deyə məktub yazıblar.
Avstriya mediasına açıqlama verən xüsusi xidmət orqanının bir əməkdaşı isə onların ailələri ilə əlaqə saxladıqlarını, olduqları yeri tərk edərək geriyə qayıtmaq istədiklərinin bildirib. Avstriya Daxili İşlər Nazirliyinin sözçüsü isə artıq çox gec olduğunu bildirib. Çünki Avstriya qanunlarına görə, ölkəni birdəfəlik olaraq tərk edən qaçqınların geri qayıtması, demək olar ki, mümkünsüzdür.
Qabil
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO