Dünya
Gürcüstan İsrailə qarşı hücumları pislədi
Gürcüstanın baş naziri İrakli Qaribaşvili İsrailə qarşı silahlı hücumları pisləyib.
Publika.az xəbər verir ki, bu barədə o, Davosda Dünya İqtisadi Forumu çərçivəsində İsrail lideri İsaak Hersoqla görüşü zamanı bildirib.
“Gürcüstanın Baş naziri qeyd edib ki, Gürcüstan hökuməti İsrail dövlətinə və onun vətəndaşlarına qarşı həyata keçirilən terror aktlarını pisləyir”, - bəyanatda deyilir.
Qaribaşvili və Hersoqun təhlükəsizlik baxımından mövcud olan çağırışlarla bağlı fikir mübadiləsi apardıqları da aydınlaşdırılır.
Bundan əlavə, tərəflər Gürcüstan və İsrail arasında əməkdaşlığın dinamikasını müzakirə ediblər. Qaribaşvili qeyd edib ki, ölkələr arasında tərəfdaşlıq və dostluq münasibətləri həmişə yüksək səviyyədə olub.
Hüseyn İbadlı
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI