Dünya
Poroşenko baş nazir postuna namizədini açıqladı

Ukrayna prezidenti Pyotr Poroşenko “Pyotr Poroşenkonun Bloku” fraksiyasını baş nazir Arseniy Yasenyukun bu postda qalması üçün dəstəkləməyə çağırıb.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Pyotr Poroşenkonun Bloku”ndan deputatlığa namizəd Mustafa Nayem “Facebook” səhifəsində yazıb.
Bundan əvvəl isə "Pyotr Poroşenkonun Bloku”nun seçki qərargahının rəhbəri Vitali Kovalçuk baş nazir postu uğrunda minimum 2 namizədin yarışdığını bildirmişdi. Lakin o, bu iki şəxsin kimliyinə aydınlıq gətirməmişdi. V.Kovalçuk həmçinin əlavə etmişdi ki, “Qarşılıqlı yardım” və “Batkivşina” partiyaları da baş nazir postuna öz namizədlərini irəli sürə bilərlər.
Qeyd edək ki, A.Yasenyuk P.Poroşenkonun təklif etdiyi koalisiya razılaşması layihəsini qəbul etməyib və özünün layihəsini irəli sürüb. O bildirib ki, parlament koalisiyasının "Xalq cəbhəsi" Partiyasının prinsipləri üzrə formalaşdırılacağı halda, yeni Nazirlər Kabinetinə başçılıq etməyə razıdır.
“Qarşılıqlı yardım” Partiyası isə Poroşenko və Yasenyuku koalisiya razılaşmaları barədə layihələrini birləşdirməyə çağırıb.
Ömər Dağlı

-
ABŞ02:42
ABŞ Daxili Təhlükəsizlik Naziri xəstəxanalıq oldu
-
Nida Təhlil 00:30
AzTV Əhmədinejadın "ölüm" xəbərinə görə ÜZR İSTƏDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Qapıları açıq saxlayın
-
İKT17 İyun 22:48
Tanınmış jurnalistə yüksək vəzifə verildi
-
Magazin117 İyun 22:36
Şahidləri Murad Dadaşov oldu - FOTO/VİDEO
-
Yaxın Şərq17 İyun 22:24
İsraillilərə ÇAĞIRIŞ ETDİ: "Canınızı xilas etmək üçün şəhərləri tərk edin"
-
Sosial17 İyun 21:30
Müavinət və təqaüdlərin artımlarının ödəniləcəyi TARİX AÇIQLANDI
-
Yaxın Şərq17 İyun 21:24
İran İsrailin hava bazalarına zərbələr endirdi