Misir Qəzza zonasından olan 2,2 mindən çox yaralını müalicə üçün qəbul edib
Bizi izləyin

Dünya

Misir Qəzza zonasından olan 2,2 mindən çox yaralını müalicə üçün qəbul edib

İsraillə radikal HƏMAS hərəkatı arasında münaqişənin kəskinləşməsindən sonra Misir Qəzza zolağından olan 2,2 mindən çox yaralı sakinini müalicə üçün qəbul edib.

Publika.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi dövlət başçısının Baş nazir Mustafa Madbuli və səhiyyə naziri Xalid Əbdül Qaffar ilə görüşündən sonra məlumat yayıb.

“Misirli həkimlər Qəzza zonasından olan 2,2 mindən çox yaralını qəbul edib və 1,2 mindən çox cərrahi əməliyyat keçiriblər. Üstəlik, “Rəfah” keçid məntəqəsini keçən hər kəsə tibbi yardım göstərilir”, - Misir liderinin rəsmi nümayəndəsi Əhməd Fəhmi feysbuk səhifəsində yazıb.

Bununla əlaqədar olaraq, əs-Sisi Qəzzə zolağının sakinlərinə dəstək verilməsində səhiyyə sektorunun rolunu yüksək qiymətləndirib və vurğulayıb ki, Misir anklavda vəziyyətin gərginləşməsindən bəri humanitar böhranın nəticələrini yüngülləşdirməyə çalışıb.

Qeyd edilib ki, səhiyyə sisteminin yükünü azaltmaq üçün 50-yə yaxın tibb müəssisəsinin tikintisi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm