Kiprdə gərginliyi artıran həbs: İtaliya türk vəkili ekstradisiya edir
Bizi izləyin

Dünya

Kiprdə gərginliyi artıran həbs: İtaliya türk vəkili ekstradisiya edir

İtaliya Kipr Rum rəhbərliyinin verdiyi Avropa həbs orderi çərçivəsində həbs etdiyi türk vəkil Akan Kürşatı Kipr rumlarına ekstradisiya edir.

Publika.az xəbər verir ki, KKTC ilə Rum rəhbərliyi arasında gərginliyə səbəb olan həbs Yeni il gecəsi baş verib. Yeni il tətilini keçirmək üçün həyat yoldaşı ilə Romaya gedən Kürşat qaldığı oteldə həbs edilib.

Yunanlar Kürşatı 2005-ci ildə Girnedə tikinti şirkətində hüquqşünas kimi çalışaraq 1974-cü ildən əvvəlki "Rum mülkləri"nin satışına vasitəçilik etməkdə ittiham edirlər. Keçən illərdə bir çox əcnəbiyə mülk həbsi orderi verən Kipr Rum rəhbərliyi ilk dəfədir ki, bir türkə qarşı oxşar ittihamlar səsləndirir.

Akan Kürşat həm də ana müxalifətdə olan Cümhuriyyət Türk Partiyasının ( CTP ) KKTC-dəki millət vəkili, parlament sədrinin müavini Fazilet Özdenefe Kürşatın həyat yoldaşıdır.

Rum Polisinin sözçüsü Hristos Andreu xüsusi qrupun 10 gün ərzində Romaya gedəcəyini və Kürşatı mühakimə üçün Rum administrasiyasına gətirəcəyini qeyd edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm