Dünya
ABŞ Tayvanın əsas silah tədarükçüsüdür
ABŞ son aylarda Tayvana son 30 ildə ən böyük silah və hərbi texnika tədarükü ilə bağlı sazişləri təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib.
“Tayvan boğazında sülhü və sabitliyi qorumaq məqsədilə son 30 ilin ən böyük silah tədarükü ilə bağlı sazişi təsdiqləyərək, Tayvanın özünümüdafiə imkanlarını gücləndirmək üçün onlarla sıx əməkdaşlıq edirik”, - B.Cenkinsin ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə iştirakı üçün hazırladığı bəyanatın mətnində deyilir.
Öz növbəsində, komitə sədri Maykl Makkol (Texas ştatından olan respublikaçı) dinləmələrdə etiraf edib ki, Tayvanın artıq ödənişini etdiyi ABŞ silahlarının göndərilməsində tez-tez gecikmə olur. “2019-cu ildən bəri mən Tayvan üçün ümumi dəyəri 22 milyard dollar olan 19 sazişi təsdiqləmişəm”, - sədr deyb. Makkolun sözlərinə görə, 2023-cü ilin aprelində Taypeyə səfəri zamanı Tayvan administrasiyasının nümayəndələri ondan pulu artıq ödənilmiş silahların harada olduğunu soruşublar. “Onlara yaxşı heç nə deyə bilmədim”, - konqresmen vurğulayıb.
ABŞ 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub. Vaşinqton “vahid Çin” siyasətini tanıdığını rəsmən elan etsə də, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir. ABŞ Tayvanın əsas silah tədarükçüsüdür. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində adaya Amerika hərbi tədarükünün ümumi həcmi 70 milyard dolları ötüb.(Report.az)
-
ABŞ01:45
Bu, Rusiya ilə nüvə qarşıdurması riski yaradır - Bayden
-
Nəqliyyat01:05
Bu yolda sürət həddi endirildi
-
Dünya00:45
Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək - İDDİA
-
Qoroskop00:25
Günün qoroskopu: büdcənizi yenidən nəzərdən keçirin!
-
Sağlamlıq00:04
Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...
-
Hadisə13 Yanvar 23:15
Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?
-
Hadisə13 Yanvar 22:58
Şəmsəddin Xanbabayev vəfat etdi
-
İdman13 Yanvar 21:55
Aleks de Souza qovuldu