Dünya
Qiqa Bokeria: “Əsas təhlükə Rusiya oliqarxıdır”
“Artıq hər şey ortadadır. Bidzina İvanişvili ölkəni dərin böhrana qədər çatdırdı”.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi
xəbərə görə, bu sözləri Gürcüstanın “Vahid Milli Hərəkat"
Partiyasının liderlərindən olan Qiqa Bokeria hökumətdəki son
istefalara münasibət bildirərkən deyib.
Q.Bokeria İvanişvilinin ölkəni dərin böhrana qədər çatdırdığını
bildirib:
“Artıq formal əlamətlər mövcuddur: iki nazir istefa verib, büdcə yerinə yetirilməyib, Abxaziyanın zəbt edilməsinə heç bir reaksiya yoxdur. Yaxın vaxtlarda ölkəmiz üçün həyati məsələləri həll edən müdafiə nazirinə qarşı hakimiyyətin siyasi təqiblərinin şahidiyik. O, təmsil olunduğu komandasının əsl üzvü idi. Alasaniya bildirib ki, hazırda ölkənin qərb seçiminə təhlükə yaranıb. Amma bu, belə deyil, təhlükə çoxdan mövcuddur”.
O qeyd edib ki, Alasaniyanı ittiham etmək fikrindən uzaqdır və
hazırda əsas məsələ ölkənin sabah hara gedəcəyidir:
“Əsas təhlükə Rusiya oliqarxıdır. Axı bütün bunlar oliqarxın oynadığı oyunun bir hissəsidir. Buna görə də cəmiyyətin əsas məsələsi bu rejimə nöqtə qoymaqdır. Budur əsas problem, biz çıxış yolu tapmalıyıq”.
Gülxar
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO