Dünya
Kremlin planı barədə xəbərdarlıq: “Gürcüstanda da çoxlu yanukoviçlər var"
“Bizdə də yanukoviçlərdən çoxdur. Həm siyasi güclərdə, həm də müxtəlif təşkilatlarda”.
Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə sabiq müdafiə naziri İrakli Alasaniya “Rustavi-2” telekanalının efirində bildirib.
İ.Alasaniyanın sözlərinə görə, Gürcüstan və Ukrayna arasında paralellik aparmaq çox asandır: “Ukraynada proseslər Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanın imzalanmasına doğru gedəndə müəyyən güclər dövlətə zərbə vurdular. Gürcüstan Rusiyanın planlarının təsir dairəsinə düşməməlidir. Bu, klassik metoddur. Biz gördük ki, onlar Ukraynada bunu etdilər. İctimai təşkilatlara nüfuz edərək ictimai rəyi hazırladılar. Rusiya şəxsi planlara malikdir və biz bu planlara qarışmamalıyıq”.
Xatırladaq ki, “Gürcü arzusu” Siyasi Şurasının iclasının nəticəsi olaraq Gürcüstanın baş naziri İrakli Qaribaşvili İ.Alasaniyanı istefaya göndərib. İ.Qaribaşvilinin bu qərarına səbəb Müdafiə Nazirliyindəki yeyintilərlə bağlı olduğu deyilir. Sabiq müdafiə naziri isə istefaya göndərilməsini siyasi səbəblərlə bağlayır.
Əvvəllər böhranların idarə edilməsi və təhlükəsizlik üzrə hökumət şurasının katibi işləmiş Mindiyu Canelidze yeni müdafiə naziri təyin edilib.
Ömər Dağlı
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu