Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
Bizi izləyin

Dünya

Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO

Fransa lideri Makron və Braziliya lideri Silvanın pozaları sosial medianı silkələyib.

Publika.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron rəsmi səfəri çərçivəsində getdiyi Braziliyada prezident Lula da Silva ilə görüşüb.

Mətbuata təqdim edilən fotolarda iki liderin davamlı olaraq əl-ələ tutduqları, günəş altında qayıqda gülümsəyərək pozalar verdikləri və tez-tez qucaqlaşdıqları görülüb.

İstifadəçilər iki liderin pozalarını toy fotoları və romantik komediya səhnələri ilə müqayisə ediblər. Şərhçilərdən biri "Onlar Amazonda evlənəcək və bal ayı üçün Parisə gedəcəklər" deyib. Makron da şərhlərə qoşularaq “Fransa Braziliyanı, Braziliya isə Fransanı sevir” deyib.

İki ölkə Amazon tropik meşələrini qorumaq üçün 1 milyard avroluq investisiya proqramını açıqlayıb. Makron ikitərəfli görüşdən sonra keçirdiyi ortaq mətbuat konfransında "Bu gün əlaqələrimizdə yeni səhifə açırıq" deyib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm