Dünya
İtkin düşən 43 tələbə öldürülüb
Meksikanın Gerreo ştatının İquala şəhərində sentyabrın axırlarında oğurlanmış 40-dan çox tələbə “Gerreros unidos” cinayətkar qruplaşmasının qurbanı olub.
Publika.az xəbər verir ki, bunu istintaqın nəticələrini açıqlayan ölkənin baş prokuroru Xesus Murilo Karam bildirib. Onun dediyinə görə, qruplaşmanın bu yaxınlarda həbs olunmuş üç üzvü tələbələrin öldürülməsində iştirak etdiklərini etiraf ediblər. Cinayətkarlar tələbələri güllələdikdən sonra cəsədlərini yandırıb, sonra isə basdırıblar. Meksika prezidenti Enrike Penya Neto həlak olmuş tələbələrin valideynlərinə cinayətkarların cəzadan yaxa qurtara bilməyəcəkləri barədə vəd verib.
Qeyd edək ki, sentyabrın 26-da İquala şəhərində polislərin və mülki geyimli şəxslərin təhsil sahəsində islahatlara etiraz edən tələbələri atəşə tutması nəticəsində 6 nəfər ölmüş, 25 nəfər yaralanmış, 43 nəfər isə itkin düşmüşdü. İstintaq zamanı bəlli olub ki, tələbələr polis işçiləri tərəfindən tutulsalar da, sonradan cinayətkarlara təhvil verilib.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO