Dünya
Dünyanın ən varlı adamlarının YENİ REYTİNQİ - Yalnız biri qadındır
ABŞ-ın "Forbes" jurnalı dollar milyarderlərinin 38-ci qlobal reytinqini dərc edib.
Publika.az xəbər verir ki, "Louis Vuitton Moët Hennessy" şirkətlər qrupunun prezidenti və baş icraçı direktoru Bernard Arnault artıq ikinci ildir ki, dünyanın ən zəngin milyarderlərinin reytinqinə başçılıq edir.
Bildirilir ki, bir il ərzində o, 22 milyard dollar zənginləşib və hazırda 233 milyard dollar sərvəti var.
İkinci və üçüncü yerləri, bir il əvvəl olduğu kimi, müvafiq olaraq, İlon Mask və Ceff Bezos bölüşür.
Mark Zukerberq bu il ilk 10-luğa qayıdıb.
"Forbes"in siyahısına görə, dünyanın ən zəngin 20 adamının sərvəti 2,48 trilyon dollar olaraq qiymətləndirilir.
"Meta"nın baş direktoru Mark Zukerberqin ilk 10-luğa qayıtması gözlənilməz olub. İl ərzində o, 100 milyard dollardan çox qazanıb və 4-cü yeri tutub (keçən il 16-cı).
Bu ilin ilk 20-liyində yalnız bir qadın var - Fransuaza Bettenkur-Mayers. "L'Oréal" kosmetika imperiyasının sədr müavininin sərvəti bir qədər artaraq 99,5 milyard dollara çatıb, lakin 15-ci yeri tutub və dünyanın ən zəngin qadını statusunu təsdiqləyib.
Lakin "Walmar"t imperiyasının qurucusu Sem Uoltonun varislərindən biri olan Alice Valton 18-ci və 19-cu yerləri tutan qardaşlarından geri qalaraq zirvəni tərk edib.
Çarlz və Culiya Kox da ilk 20-liyi tərk ediblər.
Hüseyn İbadlı
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?





































