Dünya
Bu dəfə panda diplomatiyası kədərlə bitdi: Göz yaşları sel oldu - VİDEO
Bu dəfə panda diplomatiyası sevinclə deyil, kədərlə başa çatıb.
Publika.az xəbər verir ki, Cənubi Koreya hökuməti ölkədə doğulan ilk panda olan Fu Baonu müqaviləyə uyğun olaraq Çinə göndərib. Vida mərasimi göz yaşları ilə yekunlaşıb.
Xeyli izləyicinin olduğu vida mərasimində hüzn hökm sürüb. Fu Baonun valideynləri 2016-cı ildə “panda diplomatiyası” çərçivəsində Cənubi Koreyaya hədiyyə edilib.
2020-ci ilin iyul ayında doğulan dişi panda Fu Bao ölkədə çox sevilirdi. Hətta Yongin şəhərində fəxri vətəndaş adını da alıb. Aprel ayında onun Çinə göndəriləcəyi açıqlananda minlərlə insan zooparka axışaraq pandanı görmək üçün saatlarla növbə gözləyiblər. İndi bəzi turizm agentlikləri Fu Baonu görmək istəyənlər üçün Çinə xüsusi turlar təşkil edəcəklər.
Aysel Şahmar
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb
-
Rəsmi xronika11:08
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - Yeniləndi
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi