Dünya
10 polis əməkdaşı öldürüldü
Əfqanıstanın üç şəhərində baş vermiş bomba partlayışları nəticəsində 10 polis məmuru həlak olub.
Publika.az-ın məlumatına görə, Loqar əyalətində polis forması geymiş intiharçı yerli polis idarəsi yaxınlığında polis rəisinin konvoyuna hücum edib. Nəticədə rəis daxil olmaqla yeddi polis məmuru həlak olub. Dörd nəfər isə partlayış zamanı yaralanıb.
Pakistanla sərhədində yerləşən şərqi Nanqarar vilayətinin Cəlalabad şəhərində isə bir maşının yanında güclü bomba partlayışı nəticəsində üç polis məmuru həlak olub.
Rəsmilərin məlumatına əsasən, Əfqanıstanın paytaxtı Kabilda yol kənarında yerləşdirilmiş bombanın partlaması azı iki mülki şəxsin yaralanması ilə nəticələnib.
Loqar və Cəlalabadda baş verən hücumların məsuliyyətini Taliban öz üzərinə götürüb və bildirib ki, ölənlərin sayı daha da çoxdur.
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ