Yaponiyada güclü zəlzələ: 8 nəfər xəsarət aldı - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Yaponiyada güclü zəlzələ: 8 nəfər xəsarət aldı - YENİLƏNDİ

Yaponiyada baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası bildirib.

Məlumata görə, zəlzələnin ən çox hiss olunduğu cənub-qərbdəki Ayti, Koti və Osaka prefekturalarında səkkiz nəfər əsasən yıxılma nəticəsində sıyrıqlar və əzik kimi yüngül xəsarətlər alıb.

***

Yaponiyanın Şikoku şəhərində 6,4 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı yerin 41 kilometr dərinliyində yerləşib.

Mümkün dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur. Sunami xəbərdarlığı edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm