Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
Bizi izləyin

Dünya

Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı

Polşa Silahlı Qüvvələrinin (AF) əməliyyat komandanlığı iddia edir ki, Rusiyanın “intensiv” hərəkətləri səbəbindən qırıcılar ölkə səmasına qalxıb.

Publika.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində məlumat verilib.

“Nəzərinizə çatdıraq ki, hava məkanında ehtiyat rejimdə olan təyyarələr fəaliyyətə başlayıb və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər”, - məlumatda bildirilir.

Komandanlıq əlavə edib ki, ötən gecə hərbçilər Rusiyanın uzaqmənzilli aviasiyasının Ukrayna ərazisindəki hədəflərə raket hücumları ilə bağlı intensiv fəaliyyətini qeydə alıb. Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb. Hərbçilər vəziyyəti izləyir.

Martın 24-də Polşa Müdafiə Nazirliyi Rusiya raketinin hava məkanını pozduğunu açıqlayıb. Hadisə Ukrayna ilə sərhəddə yerləşən Ocerdov şəhəri ərazisində qeydə alınıb. Raket 39 saniyə ərzində Polşa ərazisi üzərində olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm