Dünya
Talibanın yüksək səviyyəli liderləri öldürüldü
Taliban administrasiyasının yüksək səviyyəli üzvlərindən olan Məhəmməd Ömər Can Axundzadə sui-qəsd nəticəsində həyatını itirib.
Publika.az xəbər verir ki, Əfqan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid "X" sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.
Mücahid Taliban administrasiyasının Müşahidə Şurasının üzvü və Qəndəhar vilayətində mədrəsənin müəllimi Məhəmməd Ömər Can Axundzadənin ölümü ilə bağlı başsağlığı mesajında hücumu pisləyib və sui-qəsdi "böyük cinayət" adlandırıb.
Axundzadənin ölümündən kədərləndiklərini qeyd edən Mücahid ölümün nə vaxt, harada və hansı səbəbdən baş verməsi ilə bağlı təfərrüatları açıqlamayıb.
Əfqanıstan mediası Məhəmməd Ömərin Ramazan bayramı üçün ailəsini ziyarət etmək üçün getdiyi Pakistanın Queta şəhərində naməlum şəxslər tərəfindən öldürüldüyünü bildirib.
Bildirilib ki, Axundzadə Taliban administrasiyasının lideri Molla Hibetullah Axundzadənin müşaviri olub.
Roza Şəfiyeva
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ