Ərdoğanın İraq səfərinin kodları açıqlandı: İran bu planda yer alacaq, yoxsa...
Bizi izləyin

Dünya

Ərdoğanın İraq səfərinin kodları açıqlandı: İran bu planda yer alacaq, yoxsa...

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq səfəri bu gün başlayır.

Publika.az xəbər verir ki, türkiyəli yazar Abdulkadir Selvi bu səfərin detallarını açıqlayıb.

Türkiyə-İraq əlaqələri müsbət istiqamətdə inkişaf edir və regional model olma yolundadır. İki ölkə təkcə terrorla mübarizədən danışmayacaq, ümumi inkişafa əsaslanan regional baxışla hərəkət edəcəklər.

Türkiyə ilə İraq arasında ticarət, kənd təsərrüfatı, enerji, su, səhiyyə və nəqliyyat sahələrində ortaq komitələr yaradılacaq. Türkiyə ilə İraq arasındakı bu konsepsiya uğurlu olarsa, məqsəd İranı da daxil etməkdir. Lakin yazar İranın belə planları sabotaj edəcəyindən narahat olduğunu da bildirib.

Türkiyə ilə İraq arasındakı ən əhəmiyyətli addımlardan biri də “İnkişaf Yolu” layihəsi olacaq. Böyük Fav Limanından başlayacaq, Ova kəndindən Türkiyə ərazisinə daxil olacaq və oradan Avropaya çatacaq.

Türkiyə ilə İraq arasındakı Kərkük-Ceyhan neft kəməri DEAŞ-ın hücumları nəticəsində zədələnib. İraqın Neft Nazirliyi boru kəmərinin açılışa hazır olduğunu açıqlayıb.

Ərdoğanın İraqa səfərinin mühüm məqamlarından biri də PKK-ya qarşı “Böyük İraq əməliyyatı”dır. İraq PKK-nı terror təşkilatı yox, “qadağan olunmuş” təşkilat elan edib. Amma onun terror təşkilatı elan edilməsi üçün parlamentdən keçməlidir. Bu addımın atılması da gözlənilir.

Hərbi Hava Qüvvələrinin də dəstəkləyəcəyi İraq əməliyyatı Türkiyə Silahlı Qüvvələri tərəfindən quruda həyata keçiriləcək. Məqsəd Türkiyənin 378 kilometrlik İraq sərhədindən 30-40 kilometr dərinlikdə təhlükəsiz xətt yaratmaqdır. Ərdoğanın bu gün başlayan səfəri zamanı “Birgə Əməliyyat Mərkəzi”nin yaradılması da planlaşdırılır.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm