Həyat yoldaşına yazdığı məktublar 100 il sonra paylaşıldı
Bizi izləyin

Dünya

Həyat yoldaşına yazdığı məktublar 100 il sonra paylaşıldı

1924-cü ildə Everest dağına qalxmaq istəyərkən yoxa çıxan britaniyalı alpinist Corc Mallorinin həyat yoldaşına yazdığı məktublar 100 il sonra ictimaiyyətlə paylaşılıb.

Publika.az xəbər verir ki, britaniyalı alpinist Corc Mallori və dostu Sendi İrvine 1924-cü ildə Everesti üçüncü dəfə qalxarkən yoxa çıxıblar. Mallorinin cəsədi 1999-cu ildə tapılıb.

Mallorinin həyat yoldaşı Rut Malloriyə dırmanmaq cəhdləri zamanı yazdığı məktublar 100 il sonra onun məzun olduğu “Cambridge Magdalene College” tərəfindən paylaşılıb. Məktəbdən verilən açıqlamada Mallorinin son üç məktubunun arxivdə tapıldığı və bu məktubların 1999-cu ildə cansız bədəni tapıldıqdan sonra pencəyinin cibindən götürüldüyü bildirilib.

Məktəb arxivçisi Keti Qrin bildirib ki, Mallorinin məktubları bir çox mövzuları, o cümlədən Birinci Dünya Müharibəsi zamanı təəssüratlarını və 1923-cü ildə ABŞ-a səfərini əhatə edib. Məktublarda onun 1921-ci ildə Evereste ilk ekspedisiyası və dağı araşdırmaq üçün ikinci missiyası haqqında yazıları da var.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm