Türkiyənin bu addımı dünyanı heyrətə gətirdi: Şərqə doğru genişlənir...
Bizi izləyin

Dünya

Türkiyənin bu addımı dünyanı heyrətə gətirdi: Şərqə doğru genişlənir...

Türkiyə ilə Somali arasında imzalanan “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Razılaşması” dünyanın şərq bölgəsində aktual mövzuya çevrilib.

Publika.az xəbər verir ki, Türkiyənin nüfuzunun şərqə doğru genişlənməsinin Qərbin xeyrinə olacağını yazan Avstraliya Strateji Siyasət İnstitutu Türkiyənin Yaxın Şərq, Aralıq dənizi həddini keçdiyini və Hind okeanının şimal-qərbi ilə məhdudlaşmayacağını bildirib.

İnstitut Türkiyə ilə Somali arasında əlaqələrə dair təhlil yazısında qeyd edib: "Türkiyənin təsiri şərqə doğru genişlənməkdədir. Bu gözəl haldır. Somali ilə əlaqələrini gücləndirməsi Ankaranın Qərbin xeyrinə olacaq şəkildə Hind okeanı məsələlərinə daha çox qarışma ehtimalını artırır”.

Məqalədə vurğulanıb ki, Qərb Türkiyənin şərq bölgəsində artan varlığını alqışlamalıdır.

Bildirilir ki, "bütün bunlar NATO-nun ikinci ən böyük ordusuna sahib ölkə olan Türkiyənin Hind okeanının şimal-qərbində möhkəm oturuşmasına şərait yaradır”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm