Ukraynada yeni koalisiyanın formalaşması prinsipləri elan edildi
Bizi izləyin

Dünya

Ukraynada yeni koalisiyanın formalaşması prinsipləri elan edildi

Ukrayna Ali Radasında təmsil olunmaq hüququ qazanan 5 siyasi güc koalisiya və hökumətin formalaşması prinsiplərini nəzərdə tutan protokolu uyğunlaşdırıblar.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, koalisiya razılaşması üç bölmədən ibarətdir.

Bunlar ümumi prinsiplər, koalisiyanın fəaliyyətinin reqlamenti və fəaliyyət istiqamətləridir (islahatların məzmunu, qısamüddətli və ortamüddətli). Sənədə əsasən, koalisiya razılaşması yeni hökumətin fəaliyyət proqramı üçün əsas təşkil edəcək. Protokolda göstərilir ki, koalisiyanı "Xalq cəbhəsi” Partiyası, “Pyotr Poroşenkonun Bloku" və "Qarşılıqlı yardım" Partiyası formalaşdırır, həmçinin Oleq Lyaşkonun “Radikal” Partiyası və “Batkivşina” Ümumukrayna Birləşməsi dəvət olunur.

Sənədə əsasən Koalisiya Şurası yaradılır və onun tərkibinə hər fraksiyadan üç nümayəndə daxil olur.

Qeyd edək ki, Ukrayna Ali Radasına 26 oktyabr tarixində keçirilən seçkilərin nəticəsi olaraq baş nazir Arseniy Yasenyukun başçılıq etdiyi "Xalq cəbhəsi" Partiyası, “Pyotr Poroşenkonun Bloku”, Lvov merinin "Qarşılıqlı yardım" Partiyası, "Müxalifət bloku", Oleq Lyaşkonun “Radikal” Partiyası və sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyası 5 faizlik baryeri keçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm