Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
Bizi izləyin

Dünya

Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə səfəri zamanı dönəri almanların milli yeməyi adlandırıb.

Publika.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.

Ştaynmayer İstanbulda keçirilən mədəniyyət gecəsində çıxışı zamanı deyib: “Berlində türk qonaq işçilər tərəfindən hazırkı formada hazırlanan dönər kabab artıq Almaniyanın milli yeməyinə çevrilib”.

Bu yaxınlarda Almaniya kansleri Olaf Şolts yeni açdığı "TikTok" hesabında Almaniyada dönər kabablarının niyə bu qədər bahalaşmasına həsr olunmuş bütöv bir video yayımlayıb.

Fevral ayında çatdırılma xidməti “Lieferando” Drezdeni Almaniyanın dönər kababının paytaxtı elan edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm