Almaniyanı sarsıdan casusluq qalmaqalı: Deputatın köməkçisi bu ölkəyə işləyirmiş
Bizi izləyin

Dünya

Almaniyanı sarsıdan casusluq qalmaqalı: Deputatın köməkçisi bu ölkəyə işləyirmiş

İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının deputatı Maksimilian Krah Çinin köməkçisi Jian G. casusluq ittihamı ilə Drezdendə saxlanılıb.

Publika.az xəbər verir ki, Almaniya-Çin vətəndaşı olan 43 yaşlı Jiannın illərdir Çin kəşfiyyatı adına casusluq etdiyi güman edilir.

Xarici kəşfiyyat xidmətinə işləməkdə ittiham olunan Jiannın Avropa Parlamentində aparılan danışıqlar və alınan qərarlarla bağlı məlumatları xarici kəşfiyyat xidmətinə çatdırdığı bildirilib.

Deputat Krah bildirib ki, Jiannın saxlanıldığını mediadan öyrənib. O əlavə edib ki, başqa məlumatı yoxdur. Krah həmçinin xarici dövlət adına casusluq fəaliyyətinin ciddi bir iddia olduğunu və sübut olunarsa, onun dərhal işdən çıxarılacağını vurğulayıb.

Almaniya Daxili İşlər Naziri Nancy Faeser ittihamlarla bağlı ətraflı araşdırma aparılacağını bildirib. Nazir Faeser diqqətə çatdırıb ki, əgər onun Çin kəşfiyyat xidmətləri adından casusluq etdiyi təsdiqlənərsə, bu, Avropa demokratiyasına daxildən hücum sayılacaq:

"Belə bir işçini işə götürən hər kəs buna görə məsuliyyət daşıyır. Bütün əlaqələr və fonlar aydınlaşdırılmalıdır".

Qeyd edək ki, Maksimilian Krah həm də Avropa Parlamentində deputatdır.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm