Sirli sürünən peyda oldu: 21 qoyunu parçalayıb
Bizi izləyin

Dünya

Sirli sürünən peyda oldu: 21 qoyunu parçalayıb

İraqın Dahuk şəhəri yaxınlığında yerləşən kəndin sakinləri iddia edirlər ki, sirli sürünən 21 qoyunu parçalayıb.

Publika.az xəbər verir ki, bu barədə "bne IntelliNews” məlumat yayıb.

Bir çoban böyük kərtənkələyə bənzəyən qəribə bir sürünən görüb. Onun sözlərinə görə, bu, onların beş ildə ikinci görüşüdür və sonuncu dəfə heyvan xeyli kiçik olub.

"İndi isə heyrətamiz dərəcədə böyük və təhlükəlidir", - çoban deyib. Çoban itlərini onun üstünə buraxsa da, yırtıcı qaçmağı bacarıb.

Dahuk meşə təsərrüfatının rəhbəri Sərbaz Abdulla bildirib ki, bu canlı haqqında məlumat onun idarəsinə yenicə gəlib. Çobanın əhvalatı təsdiqlənərsə, sürünən tutularaq başqa yerə köçürüləcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm