İranda müəmma: Bir məhkəmə repçiyə həbs cəzası verib, digəri "edam olunsun" deyir
Bizi izləyin

Dünya

İranda müəmma: Bir məhkəmə repçiyə həbs cəzası verib, digəri "edam olunsun" deyir

İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etirazları təşkil etməkdə günahlandırılan iranlı rep ifaçısı Tumac Salehi haqqında ölüm hökmü çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə Salehinin vəkili Əmir Rəisiyan “Shark” qəzetinə açıqlama verib.

O bildirib ki, İsfahan İnqilab Məhkəməsi Ali Məhkəmənin qərarını icra etmir:

“İsfahan İnqilab Məhkəməsinin 1-ci Şöbəsi misli görünməmiş bir addım atır. Ali Məhkəmənin Tumac Salehi haqqında çıxardığı hökmü icra etmir”.

Məsələ ilə bağlı məhkəmə orqanlarından hələlik heç bir açıqlama verilməyib.

“Yer üzündə fitnə-fəsad törətmək” ittihamı ilə ölüm hökmü verilən Salehiyə görə aksiyalar keçirilib. Bu zaman silahlı qüvvələrlə etirazçılar arasında qarşıdurma yaşanıb. O, əvvəlcə cinayət törətdiyinə görə edam cəzasına məhkum edilib. Bildirilib ki, iranlı müğənninin cəzası daha sonra hakimiyyətlə “effektiv əməkdaşlıq” etdiyi üçün həbs cəzası ilə əvəzlənib. Buna baxmayaraq, yerli məhkəmə bu qərarı tanımaq istəmir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm