Dünya
"Sağ sektor" Kiyev polisi ilə razılaşdı
Kiyev polisi "Sağ sektor” təşkilatı ilə əməkdaşlıq haqqında razılığa gəlib.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin paytaxt idarəsinin müdiri Aleksandr Tereşuk brifinqdə bildirib.
"Sağ sektor" qeyri-leqal spirtli içkilər satan mağazalara qarşı milislə birgə mübarizə aparacaq. "Statistikaya görə, cinayətlərin əhəmiyyətli hissəsi məhz insanların sərxoşluq vəziyyətində baş verir. Buna son qoymaq lazımdır", - deyə Tereşuk deyib.
A.Tereşukanın sözlərinə görə, Kiyevdə spirtli içkiləri qanunsuz satan 360 mağaza mövcuddur. Birgə mübarizənin məhz hansı metodlar aparılacağı barədə isə o, məlumat verməyib.
"Sağ sektor" 2013-cü ilin sonunda yaradılmış milli-radikal birləşmədir. Daha sonra isə siyasi partiya formalaşdırılıb. Təşkilat Maydan hadisələrindən böyük şöhrət qazandı. “Sağ sektor”un lideri Dmitri Yaroş bu il may ayında keçirilən prezident seçkilərində iştirak etsə də, bir faizdən də az səs topladı. Parlament seçkilərinə qatılan “Sağ sektor" seçicilərin 1,8 faiz səsini alaraq seçki baryerini keçə bilmədi.
Ömər Dağlı
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı