Argentinanın xarici işlər naziri: "Çinlilərin hamısı eynidir"
Bizi izləyin

Dünya

Argentinanın xarici işlər naziri: "Çinlilərin hamısı eynidir"

Argentinanın xarici işlər naziri Diana Mondino respublikanın cənubundakı radar bazasında çinli hərbçilərin olması ehtimalı ilə bağlı suala cavab olaraq “Çinlilərin hamısı eynidir” deyib.

Publika.az xəbər verir ki, XİN rəhbəri bu barədə yerli “Clarin” qəzetinə verdiyi müsahibədə deyib.

O vurğulayıb ki, Argentinanın Pataqoniyasındakı Çin radar bazasında heç bir hərbi qulluqçu tapılmayıb. Bu məlumat ABŞ-ı narahat etmişdi.

“İstintaqda iştirak edənlər orada hərbçilərin olduğunu müəyyən etməyiblər. Onlar hamısı çinli mülki vətəndaşlardır. Çinlilər isə hamısı eynidir”,- Mondino deyib.

Mondino aprelin 28-30-da Çinə səfər edib. Çinin xarici işlər naziri Vanq Yi, argentinalı həmkarı ilə Çin paytaxtında keçirdiyi görüşdən sonra Buenos-Ayres və Pekinin digər ölkələrdən müstəqil şəkildə ikitərəfli əlaqələr qurması lazım olduğunu bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm