İsraildən QƏRAR: əməliyyatlar davam etdiriləcək
Bizi izləyin

Dünya

İsraildən QƏRAR: əməliyyatlar davam etdiriləcək

İsrail hökuməti Rəfahda əməliyyatı davam etdirmək barədə qərara gəlib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Məlumata görə, Nazirlər Kabineti yekdilliklə bu barədə qərar verib.

Qərarın məqsədi HƏMAS-a hərbi təzyiq göstərmək, girovların azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaqdır.

İsrailin Qəzza ilə bağlı danışıqları davam etdirmək üçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətinin olduğu da açıqlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm