Komandasının çempionluğunu qeyd etmək üçün stadionun damına çıxdı - VİDEO
Bizi izləyin

İdman

Komandasının çempionluğunu qeyd etmək üçün stadionun damına çıxdı - VİDEO

"Amerika" klubu Meksika Liqasının finalında "Krus Azul" üzərində qələbə qazanaraq (1:0, ilk oyun 1:1) 15-ci dəfə ölkə çempionu olub.

Publika.az xəbər verir ki, mövsümün son matçında paytaxt klubunun ev arenası olan məşhur "Asteka" stadionu demək olar ki, dolu olub.

Azarkeşlər komandalarının çempionluğunu coşqu ilə qeyd ediblər. Onlardan biri çempionluğu bayram etmək üçün stadionun dam örtüyünün altına dırmaşıb. O, damın qırağından sallanıb. Çılğın fanatın bu hərkətdən sonrakı aqibəti barədə məlumat yoxdur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm