Makronla Si Cinpinin görüşünə Moskvadan reaksiya: Tamaşa baş tutmadı
Bizi izləyin

Dünya

Makronla Si Cinpinin görüşünə Moskvadan reaksiya: Tamaşa baş tutmadı

Rusiyalı senator Aleksey Puşkov Fransa prezidenti Emmanuel Makronla Çin prezidenti Si Cinpin arasında Parisdə baş tutan görüşü qiymətləndirib.

Publika.az xəbər verir ki, Puşkov bu barədə özünün Telegram kanalında danışıb.

Senator Fransa liderini Avropanın lideri rolunu iddia etməyə çalışan siyasətçi adlandırıb, lakin bildirib ki, o, “ABŞ-ı demirəm, Aİ və onun rəhbərliyi olmadan bir addım da ata bilməz”.

“Pekində əzmkarlığına görə bəyənilməyən Ursula fon der Leyeni daha inamlı hiss etmək üçün Si ilə görüşə gətirdim: baxın, bütün Avropa arxamdadır, mən Şoltsa zəng etdim, amma o, makronsayağı yarmarkada iştirak etmək istəmədi”, - deyə Puşkov Makronun siyasətini belə ələ salıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm