Dəhşətli qəzanın maddi zərəri AÇIQLANDI
Bizi izləyin

İdman

Dəhşətli qəzanın maddi zərəri AÇIQLANDI

“Red Bull”un müşaviri Helmut Marko Monako Qran Prisinin startında komandanın pilotu Serxio Pereslə “Haas”dakı rəqibi Kevin Maqnussenin toqquşmasını araşdırmamaq barədə hakimlərin qərarı ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, o, hakimlərin davranışından təəccübləndiyini deyib:

“Təhlükə, zərər faktoru var. Zərəri aradan qaldırmaq 2-3 milyona (red – dollar və ya avro) başa gələcək. Bu, bizim xərcləmə tavanımıza böyük təsir göstərəcək”.

Qeyd edək ki, Birinci döngədən sonra düz yolda Peres maşını sağa çevirərək Maqnussenin avtomobilinin ön qanadını sağ arxa təkərlə tutub. Nəticədə “Red Bull” sürücüsü dönərək Maqnussenin komanda yoldaşı Niko Hülkenberqə dəyib. Hər üç pilot yarışı tərk edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm