İƏT-in növbəti sammiti bu ölkədə keçiriləcək
Bizi izləyin

Dünya

İƏT-in növbəti sammiti bu ölkədə keçiriləcək

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 2025-ci il sammitinin Türkiyədə keçirilməsi qərara alınıb.

Publika.az xəbər verir ki, Qərbi Afrika ölkəsi Qambiyanın paytaxtı Banjua şəhərində təşkilatın 15-ci sammiti keçirilib. İki günlük sammitin yekun bəyannaməsində Fələstinə qarşı müharibə və insanlığa qarşı cinayətlərin qarşısının alınması vurğulanıb.

Sammitdə növbəti görüşün Türkiyədə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Qurumda islamofobiya ilə bağlı xüsusi nümayəndə postunun yaradıldığı və bu vəzifəyə Türkiyənin İslamabaddakı səfiri Mehmet Paçacının təyin edildiyi də bildirilib. Paçacının xüsusilə Qərbi Avropa ölkələrində təmaslar quracağı və islamafobiya ilə bağlı hesabat hazırlayacağı bildirilib.

Sammitin bəyannaməsində Türkiyənin təklifi ilə təşkilata bağlı dövlətlər Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı açılan soyqırımı işinə müdaxilə etməyə çağırılıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm