Dünya
Saakaşvilinin silahdaşı və Poroşenkonun məsləhətçisi öldü
Gürcüstanın sabiq iqtisadiyyat naziri, ölkədə iqtisadi islahatların müəllifi Kaxa Bendukidze dünyasını dəyişib.
Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, Bendukidzenin London mehmanxanalarından birində ürək tutmasından öldüyü deyilir.
Onun İsveçrədə kardioloji klinikada müalicə aldığı bildirilir.
K.Bendukidze Rusiyada 1990-cı illərdə bizneslə məşğul olub. O, “Birləşmiş maşınqayırma zavodları” şirkətinin əsasını qoyub. Sabiq nazir 2004-cü ilə qədər Rusiya Sənaye Sahibkarları İttifaqının vitse-prezidenti olub və “Qızılgül inqilabı”ından" sonra Gürcüstana qayıdıb.
Bendukidze 2004-2008-ci illərdə Gürcüstan hökumətində iqtisadi islahatlar üzrə nazir və iqtisadiyyat naziri işləyib. Bu vaxt ərzində Gürcüstan biznesin idarə edilməsinin yüngüllüyü üzrə dünyanın ölkələrinin birinci iyirmiliyinə daxil olub.
O, Ukrayna prezidenti Viktor Yanukoviçin hakimiyyətdən kənar edilməsindən sonra Kiyevə gəlib. Ukraynada isə Bendukidze prezident Pyotr Poroşenkonun məsləhətçisi təyin olunmuşdu.
Ömər Dağlı
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova