Dünya
Fiko bu çıxışına görə güllələnib? - VİDEO
![](https://publika.az/storage/2024/05/15/robert_firso.jpg?v1722040624)
Xəbər verdiyimiz kimi, Slokaviyanın Baş naziri Robert Fiko hökumət iclasının keçirildiyi binanın qarşısında güllələnib.
Publika.az xəbər verir ki, baş nazirin güllələnməsindən sonra sosial şəbəkələrdə onun Ukrayna müharibəsinə görə Qərbi ittiham etməsi görüntüləri paylaşılıb.
R.Fiko çıxışlarından birində Ukraynada baş verən müharibəyə görə Qərbi ittiham edir:
"Ruslar və ukraynalıların 10 il davamlı olaraq bir-birilərini öldürmələrindənsə, bu müddəti danışıqlar masası ətrafında keçirmələri daha yaxşıdır. Bu müharibəni Qərb istəyir və dəstəkləyir. Bu fakt 2022-ci ildə, bəzi Qərb dövlətləri Ukraynanı Rusiya ilə sülh sazişi imzalamaqdan çəkindirəndə ortaya çıxdı. Deyirlər ki, biz Ukraynadakı müharibədən Rusiyanı zəiflətmək üçün istifadə edəcəyik. Ukraynaya hərbi və iqtisadi yardım göstərəcək, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyik. Lakin bu işə yaramır. Mən iddia edirəm ki, Qərbin Ukrayna ilə bağlı strategiyası işləmir".
Dəfələrlə Qərbi tənqid edən R.Fiko Üçüncü Dünya müharibəsinin başlaya biləcəyini əsas göstərərək Ukraynanın NATO-ya daxil olması fikrinə də qarşı çıxıb, AB və NATO-nu "sülh" sözünü işlətmədiyinə və daim müharibədən bəhs etdiyinə görə tənqid edib.
Qeyd edək ki, hazırda baş nazirin vəziyyətinin ağır olduğu, qarın nahiyəsindən və döş qəfəsindən yaralandığı bildirilir. R.Fiko vertolyotla Bratislava xəstəxanasına aparılır.
(Globalinfo.az)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO