Quterreş İrana başsağlığı verdi
Bizi izləyin

Dünya

Quterreş İrana başsağlığı verdi

BMT Baş katibi Antoniu Quterreş İran İslam Respublikasına başsağlığı verib.

Publika.az xəbər verir ki, Baş katib İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin vəfatından dərin kədərləndiyini bildirib:

"Mərhumların ailələrinə, İran İslam Respublikası hökumətinə və xalqına səmimi başsağlığı verirəm".

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm