İsrail onları söhbətə çağırdı: Fələstin dövlətini tanıyanlara elə şey göstərəcəyik ki...
Bizi izləyin

Dünya

İsrail onları söhbətə çağırdı: Fələstin dövlətini tanıyanlara elə şey göstərəcəyik ki...

İsrail Xarici İşlər Nazirliyi Fələstin dövlətini tanıyan İrlandiya, İspaniya və Norveç səfirlərini "maarifləndirici söhbət" üçün çağırıb.

Publika.az “Avropa Həqiqəti”nə istinadən xəbər verir ki, məlumatı BBC yayıb.

Bildirilir ki, onlara oktyabrın 7-də HƏMAS terrorçularının bədən kameraları tərəfindən çəkilmiş video nümayiş etdiriləcək.

“Mən əmr verdim ki, səfirlər (İsraildəki bu üç ölkənin - red.) dərhal maarifləndirici söhbətə çağırılsınlar, bu söhbət zamanı onlar hərbçilərin oğurlanması ilə bağlı dəhşətli videoya baxacaqlar. Hökumətlərinin nə qədər təhrif qərar verdiyini onlara göstərəcəyik", - İsrailin xarici işlər naziri İsrail Katz çıxışı zamanı deyib.

Katz bildirib ki, İspaniya, Norveç və İrlandiyanın yeniyetmə qızlara təcavüz edən və körpələri yandıran HƏMAS qatillərinə və təcavüzçülərinə qızıl medal vermək qərarına necə gəldiyini "tarix xatırlayacaq".

Nazir həmçinin bildirib ki, artıq İsrailin İspaniyadakı səfirini məsləhətləşmələr üçün geri çağırır.

Xatırladaq ki, İspaniya, İrlandiya və Norveç çərşənbə günü elan ediblər ki, mayın 28-də Fələstin dövlətini tanıyacaqlar. Avropa Birliyinin üzvləri Sloveniya və Malta da son həftələrdə Fələstini tanımağı planlaşdırdıqlarını bildirərək, iki dövlətli həllin bölgədə davamlı sülh üçün vacib olduğunu müdafiə ediblər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm