Dünya
Belarus XİN Ermənistana etiraz notası göndərdi
Belarus Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşünə etiraz əlaməti olaraq rəsmi İrəvana etiraz notası göndərib.
Publika.az xəbər verir ki, bu barədə Belarus XİN-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkili Narek Tiraturyan nazirliyə çağırılıb və ona yuxarıda bəhs olunan görüşlə bağlı etiraz notası verilib.
Xatırladaq ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vilnüsə səfəri zamanı Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb. Tixanovskaya və Mirzoyan Belarus, Ermənistan və regiondakı siyasi vəziyyəti müzakirə ediblər. Həmçinin Belarus hakimiyyətinin tələbi ilə bu ölkənin vətəndaşlarının ekstradisiya edilməməsi məsələsini qaldırıblar.
Tixanovskaya Belarus hakimiyyəti və şəxsən prezident Aleksandr Lukaşenko ilə bağlı qətiyyətli mövqeyinə görə rəsmi İrəvana təşəkkür edib.
İyunun 13-də isə Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus hakimiyyətinin ölkəsinə qarşı mövqeyi səbəbindən Aleksandr Lukaşenko hakimiyyətdə qaldığı müddətdə adı çəkilən dövlətə səfər etməyəcəyini açıqlamışdı.
-
Rəsmi xronika11:33
İlham Əliyev Aleksandr Vlaskampı qəbul etdi - FOTO
-
Hadisə11:14
Güclü yağış nəticəsində Bakıda ev uçdu: Bir nəfər... - VİDEO
-
Sosial10:48
Torpağını saxta sənədlə satdılar, məhkəməni uddu - Tovuz Ərazi İdarəsi qətnaməni niyə icra etmir? - FOTOFAKT
-
Magazin110:36
Aparıcı İlkin Həsəni bu videonu paylaşmaqla qanunları pozub?
-
Sosial10:04
Bakıda sərnişin avtobusu suyun içində qaldı - Sərnişinlər... - VİDEO
-
MDB09:06
Rusiyada bu zavoda PUA düşdü - YANIR
-
Sağlamlıq08:48
Antibiotiklərlərlə bağlı TƏHLÜKƏ: 40 milyon adam ölə bilər
-
Elm və təhsil08:42
Bu universitetlərdə yağış tavandan içəri axdı - VİDEO