Rusiyadan Türkiyəyə böyük jest: Bu qədər borcu geri almayacaqlar
Bizi izləyin

Dünya

Rusiyadan Türkiyəyə böyük jest: Bu qədər borcu geri almayacaqlar

Rusiya Türkiyə ilə ticarət əlaqələrində inam və dostluğa görə kritik bir qərar qəbul edib.

Publika.az xəbər verir ki, Rusiya Dövlət Duması tərəfindən verilən qərar Rusiyanın Türkiyəyə verdiyi ixrac krediti ilə bağlı gecikdirilən ödənişlərlə bağlıdır.

Daha əvvəl Türkiyəyə 726 milyon dollar dövlət krediti verilib. Türkiyə 2022-ci ilə qədər öhdəliklərini tam və vaxtında yerinə yetirib. Lakin Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Türkiyə 2022-2023-cü illərdə razılaşma çərçivəsində 111 milyon dollarlıq ödəniş edə bilməyib.

2023-cü ilin sentyabrında isə Türkiyə tərəfi borcu tam ödəyib. Müqaviləyə əsasən, 17 milyon dollar cərimə də ödənməli olub. Lakin Dövlət Duması borcu bağışlayıb.

Deputat Vyaçeslav Nikonov cəzanın ölçüsünün Rusiyanın Türkiyə ilə 57 milyard dollarlıq ticarət və iqtisadi əlaqələrinin həcmi ilə müqayisə edilməyəcəyini bildirib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm