Bu ölkədə orduya əmr verildi, qırıcılar havaya qaldırıldı
Bizi izləyin

Dünya

Bu ölkədə orduya əmr verildi, qırıcılar havaya qaldırıldı

Tayvan ordusu Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) ada ətrafında kompleks hərbi təlimləri ilə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri görür.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, komandanlıq dəniz və quru qoşunlarını, raket birləşmələrini gücləndirilmiş xidmət rejiminə keçirib, qırıcılar havaya qaldırılıb.

Mayın 23-də Tayvan hərbçiləri təlimlərin başlamasından sonra adanın yaxınlığındakı hava məkanında 49 ÇXAO döyüş təyyarəsinin və digər təyyarələrin görünməsi barədə məlumat veriblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm