Zelenski dünya liderlərini Sülh Sammitinə dəvət etdi
Bizi izləyin

Dünya

Zelenski dünya liderlərini Sülh Sammitinə dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski dünya liderlərinə müraciət edib.

Publika.az xəbər verir ki, o, ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpini iyun ayında keçiriləcək birinci Sülh Sammitinə dəvət edib.

Zelenskinin sözlərinə görə, 80-dən çox dövlət Ukrayna sammitində iştirakını təsdiqləyib, lakin Bayden və Si Cinpin tədbirə hazırlaşmaq üçün qlobal səylərdən kənarda qalıblar.

Qeyd edək ki, Ukrayna üzrə sülh konfransı iyunun 15-16-da Bürgenstokda baş tutacaq. Dəvət olunanlar arasında G7, G20 və BRICS ölkələri də var. Ümumilikdə - 120 ölkədən 160 nümayəndə heyəti tədbirə qatılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm