Şoyqu və Gerasimov haqda həbs qərarı çıxarıldı
Bizi izləyin

Dünya

Şoyqu və Gerasimov haqda həbs qərarı çıxarıldı

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və tanınmış rus generalı Valeri Gerasimovun həbsinə qərar verib.

Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin seçkilərdə 5-ci dəfə qələbə qazandıqdan sonra uzun müddət vəzifədə olan Sergey Şoyqunu istefaya göndərmişdi.

Haaqa məhkəməsi bildirib ki, Şoyqu və Gerasimov Ukraynada mülki şəxslərə qarşı hücumları təşkil etdikləri üçün hərbi və insanlığa qarşı cinayətlər törətməkdə şübhəli bilinir.

Ukrayna Baş Qərargah rəisi Andrey Yermak həbs qərarının vacib olduğunu deyib. Rusiya Təhlükəsizlik Şurası bu qərarların “Moskvaya qarşı hibrid müharibənin bir hissəsi” olduğunu iddia edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm