Səhiyyə
Diş çıxaran dərman bu tarixdə satışa çıxarılacaq
Yapon tədqiqatçıları tərəfindən hazırlanan diş çıxaran dərmanın bazara çıxarılacağı tarix açıqlanıb.
Publika.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Osakadakı Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutunun üzvü Katsu Takahashi və komandası tərəfindən hazırlanmış dərmanın 2030-cu ildə insanlar üçün əlçatan olması planlaşdırılır.
K.Takahashi və komandasının mayın 2-də Kyoto Universitet Xəstəxanasında verdiyi açıqlamada dərmanın insanlar üzərində sınaqlarının sentyabrda başlayacağı qeyd edilib. Bildiriblər ki, analizlər problemsiz keçərsə, dərman ilkin olaraq yalnız anadangəlmə diş çatışmazlığından əziyyət çəkən xəstələrə veriləcək:
“Bu pozğunluq nəticəsində bəzi insanlar dişlərinin bir hissəsini itirərək doğulur. Bu diş çatışmazlığı çənə inkişafına və yemək vərdişlərinə mənfi təsir göstərir”.
Açıqlamada sentyabr ayında başlayacaq dərman testlərinin 2025-ci ilin avqust ayına qədər davam etməsinin gözlənildiyi bildirilib. Bu təcrübələrdə ən azı arxa dişlərindən biri əskik olan 30-64 yaşlı 30 kişi iştirak edəcək. Həmin dərmanın dişlərin inkişafına necə töhfə verəcəyi müşahidə ediləcək. Heyvan tədqiqatlarında bu günə qədər heç bir mənfi təsir aşkar olunmayıb. Tədqiqatçılar böyüklər üzərində apardıqları təcrübələrdən sonra dərmanı dörd və ya daha çox dişləri əskik olan 2-7 yaşlı uşaqlarda sınaqdan keçirəcəklər. 2023-cü ildə hazırlanmış dərman sümük inkişafına imkan verən zülalları bloklayan “USAG-1” molekuluna təsir edərək işləyir. Müvafiq olaraq dərman bu molekulun təsirlərini boğaraq dişlərin əmələ gəlməsini mümkün edir. Siçanlar və itlər üzərində aparılan araşdırmalarda alimlər dərman sayəsində dişlərin yenidən inkişafını müşahidə ediblər.
K.Takahashi açıqlamasında əlavə edib: “Biz istəyirik ki, dərman protez və implant kimi mövcud müalicələrdən sonra üçüncü variantı təmin etsin”.
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu :Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı













.jpg)





.webp)





.jpg)












